Ona "eybəcər" deyən Xalq artistindən danışıb ağladı

Ona "eybəcər" deyən Xalq artistindən danışıb ağladı
5568 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bir adamı təhqir etmək olmaz. Xalq artisti haqqımda müsahibə verib, məni yıxıb sürüyüb. Bir adam da mənə zəng edib bunu demir. Qonşumuzda bir jurnalist yaşayır. Anamla atam evdə oturub, yaşlı adamlardır. Jurnalist gəlib qapını döyüb, başlayıb çox üzüldüm. Sizin oğlunuz haqda Xalq artisti müsahibə verib, nə günə qoyub. Anam təəccüblənib, oxuyub. Anam əlində qəzet, yaxınlaşıb yazıq atama. Oxuyub anam ağlayıb, atamın halı pisləşib (ağlayır)".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Onun sirri" proqramında deyib. O, ünvanına "eybəcər" sözünü deyən Xalq artistindən danışıb ağlayıb:

"İndi atam dünyasını dəyişməsəydi bunu danışmazdım. Vecimə almazdım. Bunu atam rəhmətə getdiyi üçün danışıram. Atam əynini geyinib ki, gedib o, Xalq artistini tapmağa. Bir tanışı var idi kinostudiyada sürücü olub. Ona yığıb ki, həmin Xalq artistini tapmalıyam. Atama məsləhət görüb ki, qarışma. Həmin Xalq artistinə indiyənə qədər cavab verməmişəm. Ola bilər aparıcılığımı bəyənməsin, amma onu peşəkar hesab edirəm. Niyə məni təhqir edirsiz? Nələrsə deyib, sonda isə vurğulayıb: belə eybəcər efirdə ola bilməz. Dəhşətə gəldim ki, belə söz deyib? Bu insanlar görüşəndə ən az 10 dəqiqə bir-birimizə nə qədər sözlər deyirdik. Onun oğlu dünyasını dəyişib, onu gözəl tanıyırdım. Ona atamın dilindən cavab verərdim, amma etmədim. Oğlunu itirən bir atanın qəlbi ağrıyardı".  

Elgiz bildirib ki, həmin Xalq artisti Elxan Qasımov olub. "Əhməd haradadır" filminin "Şofer Əhməd"i aparıcı haqda "eybəcər" ifadəsini işlədib.