"Bir gecədə arzuladığım avtomobilin pulunu qazandım"

"Bir gecədə arzuladığım avtomobilin pulunu qazandım"
6115 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bir gecəyə arzuladığım avtomobilin pulunu qazanmışam".

Axşam.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli "ATV maqazin onlarla" proqramında deyib. "33 sual" rubrikasının qonağı olan Səfərli xına məclislərindən qazandığı pullardan danışıb:

"Həmin maşın mənim üçün əlçatmaz idi. Düşünməzdim ki, onu ala bilərəm. Dollar paçkasını açırdılar başımdan tökürdülər. Dollar yerə tökülürdü, əlimə sığan qədər yığırdım. Qalanını bir Xalq artisti var idi, o, yığırdı. Allaha and olsun yalan danışmıram".

Plastik əməliyyatdan danışan N.Səfərli "Seçim qarşısında qalsam ki, çörək yoxsa estetik, estetiki seçərəm" sözlərini söyləyib.