"Özünü anakonda kimi təqdim edir" - Nazilədən Tolikə

"Özünü anakonda kimi təqdim edir" - Nazilədən Tolikə
2376 dəfə oxunub
  • A-
  • A
  • A+

Şairə Nazilə Səfərli "ATV maqazin onlarla" verilişində şou-biznes nümayəndələri ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, şairəyə sənət adamlarının fotoları göstərilib.

Müğənni Xatirə islamın fotosunu görən Səfərli "Təcrübələri üzərində yetişmiş insan. Bir insandan narazıdırsa, ona demir ki, bunu düzəldək. Nə də ona demir ki, rədd ol get. Orada yer qoyur" sözlərini söyləyib.

Əməkdar artist Elza Seyidcahana gəldikdə isə "O qədər pulu paltara, muncuğa verməzlər. Bədxərclik etməzlər" deyə, şairə əlavə edib.

Aşıq Telli Borçalıdan isə şairə danışmaq istəməyib. O, "Ona çox olar" deyib.

Müğənni Səidə Sultan haqda isə "Səidə yaxşı qızdır. Şou-biznesdə onun kimi real adam yoxdur. Nə gəldi geyinəcək, nə istəyir edir" fikirlərini bildirib.

Nazilə prodüser Tarix Əliyevi isə (Tolik) anakonda adlandırıb:

"Göyqurşağıdır. Yağışdan sonra çıxır, çıxmaya da bilər. Tolik də odur. Adam özündın başqa hamıya görə yaman olur. Çox pis şeydir. Heç ona ona görə "sağ ol" da deməyəcəklər. Dalaşır, sonra keçir üstündən heç nə olmamış kimi danışır. Günorta onunla dalaşmışıq. Axşam Tolikə sözüm var idi, yığdım. Açdı ki, nə var? Deyirəm, işim var, görüşək. Dedi, gəl. Kin yoxdur, amma özünü bilərəkdən anakonda kimi təqdim edir".