"Məşhurlarımız estetik və geyimdə dünya ulduzlarını geridə qoyublar"

"Məşhurlarımız estetik və geyimdə dünya ulduzlarını geridə qoyublar"
1145 dəfə oxunub
  • A-
  • A
  • A+
"Müğənnilərə geyimə irad bildirməyin aiddiyatı ola bilməz. Amma aparıcı da fərqli geyim geyinib nümayiş etdirə bilər. Tamaşaçılarımız geyimləri qəbul etsin".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova "7 canlı" proqramında deyib. İfaçı gənc sənət adamlarının geyim tərzlərini tənqid edib:

"19-20-25 yaşında gənclərimizin geyimi yaxşı deyil. Elə götürək Türkiyədə gənc aktyorları, ifaçıları. Seriallarda oynayan aktyorların nə qədər fanatı var. Gənclər o qədər gözəl geyinir, hərəkət edir ki... Bizdə isə ağır oturum: bu nə saçdır, şalvardır... Səhnəyə gəlirsənsə, menatalitetdən kənara çıxmalısan. Xanımlarımız elə deyil. Dünya ulduzlarını geridə qoyublar: geyimdə, estetik əməliyyatda. Bir vaxtlar Zamiq Hüseynov, Elnarə Xəlilova fərqli idi. Zamiqin mahnısını bilmirdim, amma obrazını bəyənirdim. Gənclərimiz bu gün özlərini 60 yaşındakı kimi saymasınlar".