Naxçıvanda toylarda yemək verilməyəcək? - Rəsmi açıqlama

Naxçıvanda toylarda yemək verilməyəcək? - Rəsmi açıqlama
2064 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlərdə internet resuslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə məlumatlar yayılıb.

Axşam.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyindən verilən məlumata görə, yayılan informasiyalar həqiqəti əks etdirmir.

Bildirilib ki, ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək.