Sabahdan bu marşrutlar da "BakıKart"la işləyəcək

Sabahdan bu marşrutlar da "BakıKart"la işləyəcək
1166 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabahdan 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. - Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Axşam.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

"Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb", - məlumatda qeyd edilib.