Türkiyədə yoluxanların son statistikası

Türkiyədə yoluxanların son statistikası
308 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 58 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 283 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 5 327 nəfər sağalıb, ağır xəstə sayı isə 751 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 414 310 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 280 558 nəfər sağalıb, 49 634 nəfər isə ölüb.