Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Söz baz" verilişində qonaq olarkən həyat yoldaşı haqda deyib. Müğənni bildirib ki, hər dəfə məclisə gedəndə xanımı narahat olur:
"Bu, səsdir. Səslə zarafat etmək olmaz. Boş nəfəsdir, getdi bir də gəlmədi. Xanımım sənətimin gücünü bilir. Onu toyda tanımışam. O da məni orada görüb bəyənib. Dörd qardaşın bir bacısı olub. İmkanlı ailədən idi. Biz nişanlananda İncəsənət Universitetinə qəbul olmuşdu. Təhsilini davam edib-etməməyini incəsənət adamı olduğuma görə mənimlə məsləhətləşmişdi. Mən də ona "Bir ailədə bir incəsənət adamı olsa bəsdir" dedim. Bir kəlmə bunu dedim".