Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Söhbət var" verilişində deyib. Bir müddət əvvəl Türkiyədə filmlərə çəkilən sənətçi daha dəvət almamasının səbəbini açıqlayıb.
Elməddin düşdüyü çətin durumda ona "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin yardım etdiyini söyləyib:
"Hər şeyin bitdiyi an idi. Oqtay Əliyevlə oturmuşduq. Mənə pul vermədi, amma elə bil 100 min verdi. Elə enerji verdi ki, dedim, hər şeyi bacaracam".