Ağadadaş Ağayev hava limanında mahnı oxudu - Video

Ağadadaş Ağayev hava limanında mahnı oxudu - Video
1710 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev xərçəngdən sağalıb.

Axşam.az xəbər verir ki, müğənni ötən gecə Bakıya qayıdıb. Onu qarşılmağa gedənlər arasında aparıcı Hacı Nuran Hüseynov da yer alıb.

Ağayev hava limanında Axşam.az-ın obyektivinə tuş gəlib. Media nümayəndələrinin suallarını cavablandıran müğənni özünü yaxşı hiss etdiyini söyləyib.

Oxumaq üçün darıxdığını bildirən A.Ağayev hava limanında mahnı da səsləndirib.

Qeyd edək ki, A.Ağayev apreldə Türkiyəyə müalicəyə yollanıb. O, 3 dəfə əməliyyat olunub.