O da təcavüzə məruz qaldığını açıqladı

O da təcavüzə məruz qaldığını açıqladı
1426 dəfə oxunub
  • A-
  • A
  • A+

Babası tərəfindən təcavüzə məruz qaldığını açıqlayan aktrisa Hafsanur Sancaktutanın ardından həmkarı Seray Kaya da oxşar olayın qurbanı olduğunu etiraf edib.

Axşam.az xəbər verir ki, bununla bağlı sosial media hesabında paylaşım edən aktrisa dostunun atası tərəfindən cinsi istismara məruz qaldığını bildirib:

"Mən də uşaq idim. Ailəmə deməkdən çox qorxdum və susdum. Dostumun atası tərəfindən dəfələrlə məruz qaldığım cinsi istismara görə günahkar deyiləm. Artıq qorxmuram. Bir-birimizin səsi olmağa davam edəcəyəm və istismara məruz qalan, eşidilməyən uşaqlar üçün səs olacağam".

Qeyd edək ki, 7 və 9 yaşlı qızını ögey atası ilə birgə satan ananın sərbəst qalmağından sonra sosial şəbəkədə məşhurlar etiraz ismarışları paylaşmağa başlayıb.