Lütvi Zadənin adı liseyə verildi

Lütvi Zadənin adı liseyə verildi
541 dəfə oxunub
  • A-
  • A
  • A+

Görkəmli elm xadimi Lütvi Zadənin xatirəsi əbədiləşdiriləcək.

Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütvi Zadənin adı verilib.

Bakı Şəhər İcra Hakimiyyəti Lütvi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.

Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.