"Bir ildir sevgilim var" - Eldar şəxsi həyatından danışdı

"Bir ildir sevgilim var" - Eldar şəxsi həyatından danışdı
1850 dəfə oxunub
  • A-
  • A
  • A+
“Camaatın qohumları, mənim də dostlarım deyir nə vaxt atırsan bu subaylığın daşını? Mən xanımsız da xoşbəxtəm. Həyatımda elə gözəl insanlar var ki... Əsas da mənim işim var, məni qanadlandırır, uçurur. Son zamanlar kimləsə münasibətdə olmaq istəyəndə yenə də tərəddüd edirəm. Baxıram, götür-qoy edirəm, bir gün yazıram, 5 gün yazmıram. Sınayıram. Sonra deyirəm, əşi nəyimə lazım, oturmuşam da yerimdə".

Axşam.az xəbər verir ki, bu sözləri "Eurovision 2011" qalibi Eldar Qasımov “Üzə-düz” verilişində qonaq olarkən deyib. O, ailə qurmamaq istəməməsini belə izah edib:

"Hazıram, amma sağlam münasibətlərə. Bir-birimizi dəstəkləməliyik. Elə peşə sahibiyəm ki, mənimlə olan insan anlamalıdır ömrünün 80 faizini mənə bəxş etsin. İndi də sevgilim var, bilmirəm nə dərəcədə ciddidir. 1 ildən çoxdur ki, var. Yeni deyil, amma həmişəki kimi mən hər münasibətdə yeniyəm. Yenə də sınaq dönəmini yaşayıram. Gündə biri ilə danışıb, ayrılmaq istəmirəm. Bir məsələ də var, mən məcbur edə bilmərəm kimsə mənə dözsün. O zaman o insanla çətin olsa, ayrılıram, nə qədər də ağır olsa. Görürəm ki, bu insan özünü, mənliyini itirir. Həm də belə münasibətlər olub ki, mən özümü itirirdim. Ona zaman ayırıb, yanına qaçıb, bağlanırdım. Musiqini, peşəmi bada verirdim, sanki sənətimi satırdım. Heç bir xanım işimdən önə keçə bilməz. Karyera, musiqi, heç vaxt sənə yataqda üzünü çevirməz, səni satmaz, ziyan verməz! Uşaqları çox sevirəm, dostlarım deyir ki, məndən çox yaxşı ata çıxar. Ciddi, qayğıkeş, hətta sərt də ola bilərəm”.

Eldar müsabiqə zamanı Nigar Camalla aralarında gəzən söz-söhbətlərə də toxunub:

“Müsabiqədən sonra başıma bir hadisə gəldi. Taksidə oturmuşdum, sürücü dedi ki, Nigarla nə zaman evlənirsiz? Təəccübləndim. Dedim, Nigarın uşaqları var. Gülür. Qələbəmizdə gəzən, əgər-məgərlər də boş şeydir. İkimiz seçiləndə, bir-birimizə baxdıq ki, biz nə edəcəyik birgə səhnədə? Sonra isə alışmağa başladıq. Bizim bütün komanda bizə deyirdi siz özünüzü elə aparmalısınız ki, “love story” kimi uyğun obrazda görünə biləsiz”.

O, yenidən “Eurovision”da iştirak etməsi ilə bağlı təklif aldığını da açıqlayıb:

“Bu 1-2 il ərzində yenidən çıxış üçün təklif almışam. Həm də tək olaraq. Heç harda bunu demirdim. O müsabiqədə ki, mən hər şeyi etdim, qələbə qazandım, orada nə gəzirəm mən?”.