Elza Seyidcahanla Oksana arasında nə baş verib?

Elza Seyidcahanla Oksana arasında nə baş verib?
890 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan rəqqasə Oksana Rəsulovanı sosial şəbəkədə izləmədən silib.

Axşam.az xəbər verir ki, bu haqda Oksana "ATV maqazin onlarla" proqramında deyib. O bildirib ki, Seyidcahan səbəbsiz yerə onu izləmədən çıxarıb:

"Elza xanım hamını izləyirdi, indi azaldıb. Məni də izləmədən silib. Bütün məşhurları çıxarıb. Səbəbini bilmirəm, amma heç nə olmaz. İncimirəm, sənətkardır. Ona hər şey olar. Mən onu izləyim, o, izləməsə də olar. Çox yaxşı münasibətlərimiz var. Bir tərəfimiz yerlidir, ikimiz də dağlı balasıyıq. Əvvəl bütün paylaşımıma rəy yazırdı".