ABD Malik sənətdən niyə uzaqlaşıb?

ABD Malik sənətdən niyə uzaqlaşıb?
1469 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş “Dəyirman” qrupunun üzvü ABD Malik uzun müddət sənətdə olmamasının səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə "10-da görüşək" verilişində qonaq olarkən danışıb:

“Musiqi fəaliyyətimi hələlik dayandırmışam, çünki bizneslə məşğulam. Sənətdən uzaqlaşmağıma səbəb ilk olaraq bezməyim, daha sonra isə pandemiya oldu. Çox təəssüf ki, musiqimiz, sənətimiz boz rəngdədir. Maraq itib, eyni avaz, eyni səslər. Hər şey rəqəmsal olub, yəqin ki, bunun səbəbi də internetdir. Hanı 2000-ci illərin əvvəli, ortası?! Rauf, Malik, Cin, Miri Yusif eyni lad, eyni ab-havadır hazırda. Hanı caz, rep, hip-hop? Hər şey dayanıb”.