Son 6 ayda qeydə alınan nikahların sayı açıqlanıb

Son 6 ayda qeydə alınan nikahların sayı açıqlanıb
407 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı əvvəlki dövrlə müqayisədə 14 faiz çoxalaraq 2 milyonu ötüb.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Məlumata görə, birinci yarımildə 128 minə yaxın vətəndaşlıq vəziyyəti aktları, 53.400-dən çox doğum, habelə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox - 22 minə yaxın nikah dövlət qeydiyyatına alınıb.

Eyni zamanda, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunaraq altı ayda 345 mindən çox icra sənədinin icrasının təmin edildiyi və 300 milyonadək vəsaitin ödətdirildiyi bildirilib.