Türkiyədə koronavirusdan ölənlərin sayı azaldı

Türkiyədə koronavirusdan ölənlərin sayı azaldı
268 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 45 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 496 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 7 191 nəfər sağalıb, ağır xəstə sayı isə 727 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 425 652 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 294 285 nəfər sağalıb, 49 732 nəfər isə ölüb.