Kann festivalına gedən Erkan Petekkayanın başına iş gəldi

Kann festivalına gedən Erkan Petekkayanın başına iş gəldi
1308 dəfə oxunub
  • A-
  • A
  • A+

Rol aldığı "Her Şeye Rağmen" filminin nümayişi üçün Kann Film Festivalına qatılan türkiyəli aktyor Erkan Petekkayanın başına iş gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun restorandan otelə qayıdarkən telefonu oğurlanıb. 300 metr qaçaraq oğrunu tutan Petekkaya hadisə barədə bunları danışıb:

"İnsanların arasıyla qaçaraq onu tutdum. Bu qədər sürətli qaça biləcəyimi düşünmürdüm. Pula ehtiyacın varsa, sənə 50 avro verəcəyəm dedim və telefonu istədim. Qəbul etməyəndə 50 avro da uzatdım, pulları götür, telefonumu ver dedim. 100 avronu alıb telefonumu verməyəndə polisə apardım. Polislər ilk olaraq telefonun mənə aid olmadığını düşündü. Şəkillərimi göstərdim, qaytardılar. Daha sonra oğrunun cibində iki ədəd 50 avro olduğunu dedim və geri istədim. Onları da qaytardılar".