Azərbaycan əsilli qız beynəlxalq müsabiqənin tarixində ilkə imza atdı - Fotolar

Azərbaycan əsilli qız beynəlxalq müsabiqənin tarixində ilkə imza atdı - Fotolar
2236 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan əsilli qız Melissa Rauf "Miss England" müsabiqəsində finala çıxıb.

Axşam.az xəbər verir ki, o, beynəlxalq gözəllik müsabiqəsində makiyajsız iştirak edib. Melissa yarışmanın 94 illik tarixində kosmetikadan imtina edən ilk iştirakçı olub. Onun cəsarətindən heyrətlənən münsiflər modelə yüksək qiymət veriblər. Bununla da Melissa finala vəsiqə qazana bilib.

Model jurnalistlərə açıqlamasında bildirib ki, bu yolla o, ümumi qəbul edilmiş gözəllik standartları ilə mübarizə aparır:

“Bütün qızlar özünəməxsus şəkildə gözəldirlər. Mən beləyəm, bu cür də mövcudam və bundan heç utanmıram".

Qeyd edək ki, Melissanın 20 yaşı var. O, Londonda siyasi elmlər üzrə təhsil alır. Valideynləri Güney Azərbaycandandır. Melissa uzun illərdir ki, ailəsi ilə birlikdə Böyük Britaniyada yaşayır.