AMEA-nın əməkdaşlarının böyük hissəsi işdən çıxarılıb

AMEA-nın əməkdaşlarının böyük hissəsi işdən çıxarılıb
2484 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından sonra irəli gələn vəzifələr həyata keçirilir”.

Axşam.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nin vitse-prezidenti akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, yeni Nizamnamənin təsdiq edilməsi üçün Ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

Akademik onu da əlavə edib ki, yeni strukturla işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans, həmçinin Rəyasət Heyətinin say tərkibində də eynidir.

AMEA-nın hüquqi statusuna da toxunan İ.Həbibbəyli qeyd edib ki, AMEA respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi-tədqiqat nəticələrini ümumiləşdirən, buna müvafiq qərarlar çıxaran orqandır.