Tökülən saçlara maska

Tökülən saçlara maska
5781 dəfə oxunub
  • A-
  • A
  • A+
Fəsil dəyişikliyi hər zaman saçlara mənfi təsir edir. Bu ərəfədə saç dibləri quruyur, tökülmələr sürətlənir. Bunun qarşısını almaq üçün saç diblərinə qulluq etmək lazımdır.

Axşam.az xarici mətbuata istinadən saçlar üçün ev şəraitində hazırlaya biləcəyini maskalar təqdim edir:

1. Aloe - qədimdən saçlar üçün xilas mənbəyi olub. Lətli yarpaqları dərin, yuyun, qurudun, soyuducunun aşağı gözündə və ya qapısında saxlayın. 12 saat sonra qaralmış yarpaqları atın, hələ də yaşıllığını saxlamış yarpaqları doğrayın, əzin, tənzifdən sıxın və lət hissəsini başın dibinə yaxın. Maska kimi saxlayıb, 15 dəqiqə sonra çimin. Həftədə 1 dəfə edin.

2. Ayıpəncəsi (kastorovo) yağı: aptekdən yağ alın, üzərinə bir limonun şirəsini, limonun əzilmiş qabığını və bir yumurta sarısını əlavə edib, emallı qabda qarışdırın. Başın dibinə çəkib, 2 saat saxlayın. İsti su ilə yuyun, yalnız uşaq şampunundan istifadə edin.
 
3. Gənəgərçək yağı: 1 xörək qaşığı yağa qırmızı istiot (yarısını) doğrayın. Qarışdırın, saçların dibinə çəkin, massaj edin. sonra yağı bütün saç boyu darayın. Başı dəsmalla sarıyın. 1 saat sonra şampunla yuyun.
 
4. Alma: 200 qr. sürtgəcdən keçirilmiş almaya 300 ml. rom (içki növüdür) qatın. Alma 3 gün ərzində romda qalmalıdır. Sonra süzün, bu maye ilə hər gün saçlarınızın dibini silin.