4 illik münasibətlərini sonlandıran türkiyəli məşhur cütlük - aktyor Mert Yazıcıoğlu ilə aktrisa Afra Saraçoğlu barəsində yeni iddialar ortaya çıxıb.
Axşam.az-ın məlumatına görə, cütlüyün reklama görə yalandan ayrılmaları ilə bağlı xəbər yaydıqları bildirilib. Şayilərə isə ikilinin hələ də bir yerdə yaşaması səbəb olub. Belə ki, Afra və Mert hazırda Uskumruköydəki 2 mərtəbəli villalarında birgə yaşayır.
Bildirilib ki, çəkilişlərin çoxluğu səbəbindən aktrisa yeni ev tapıb köçməyib. Bundan başqa, onların dost münasibətlərini saxlayaraq eyni evdə yaşadıqları deyilir. Bununla belə, Afranın əşyalarının yavaş-yavaş evdən göndərildiyi də gəzən iddialar arasındadır.
Qeyd edək ki, Afra hazırda "Yalı çapkını" serialında rol alır. Mert isə sonuncu dəfə "Darmaduman"da izləyicilərin qarşısına çıxıb. Cütlüyün qısqanclıq səbəbindən münasibətlərini sonlandırdığı bildirilir.