Türkiyəli aktyor Batuhan Karacakaya ilə Nisa Bölükbaşının eşq yaşadığı iddia olunur.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şaiyələrin artmasına isə Evrim Kəklik səbəb olub.
O, sosial şəbəkədə "saat 08:49, Nisa yanımda Batuhanla telefonda danışır. Mənə isə Aycan zəng edir. Allahım bu dördlük "Survivor"da belə yan-yana gəlmədi, bunu necə bacardıq" deyə, paylaşım edib.
Qeyd edək ki, daha əvvəl isə Batuhan Nisayla fotosunu sosial şəbəkədə paylaşmışdı.