SSRİ Xalq artisti İnna Çurikova vəfat edib.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, aktrisa 79 yaşında xəstəxanada dünyasını dəyişib.
Onun hansı xəstəlikdən vəfat etdiyi isə açıqlanmayıb.
Qeyd edək ki, İnna "Morozko", "Kuryer", "Şirli-mirli", "Oz ölkəsi", "İvan Denisoviç" kimi məşhur film və seriallarda rol alıb.