Məşhur italiyalı aktrisa vəfat etdi

Məşhur italiyalı aktrisa vəfat etdi
1251 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur italiyalı aktrisa Cina Lollobricida vəfat edib

Axşam.az xəbər verir ki, aktrisa 95 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Cina 20 yaşından etibarən filmlərdə rol almağa başlayıb. O, 1947-ci ildə "Miss İtaliya" müsabiqəsində üçüncü yeri tutub. Aktrisaya ilk böyük uğurunu qazandıran layihə Kristian-Jakın 1952-ci ildə işıq üzü görən "Fanfan-zanbaq" filmi olub. Lollobricidanın rolunu aldığı digər ekran işləri arasında "Gecənin gözəlləri, "Saman qadını", "Sentyabr, gəl" və "Paris Notrdam kilsəsi" yer alır.