Amerikalı aktyor Cek Nikolson barədə yeni məlumatlar üzə çıxıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 85 yaşlı Hollivud ulduzunun dostları onun 2 ildir evdən çıxmadığını deyiblər.
Onlar demensiyadan (əqli qabiliyyətin pisləşməsi) əziyyət çəkən aktyorla əlaqə yarada bilmədiklərini bildiriblər.
Qeyd edək ki, 2013-cü ildən təqaüdə çıxan aktyor 3 dəfə "Oskar" mükafatına layiq görülüb.