Qaçış sindromundan əziyyət çəkən türkiyəli şoumen Mehmet Əli Ərbil xəstəxanalıq olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kiprdə olduğu zaman halı pisləşən aktyor təcili yardımla xəstəxanaya aparılıb.
Ərbil tənəffüs yollarında yaşadığı problemlə əlaqədar müşahidə altında saxlanılır.
Onun vəziyyəti barədə hələlik məlumat verilməyib.