Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Afra Saraçoğlu ilə aktyor Mert Ramazanın bir müddətdir birgə görüntülənməsi eşq iddialarının yaranmasına səbəb olub.
Axşam.az xəbər verir ki, mövzu ilə bağlı aktrisanın keçmş sevgilisi, aktyor Mert Yazıcıoğlu məsələyə ilk dəfə münasibət bildirib. O, Afra haqqında çıxan xəbərləri əsassız adlandıraraq Mertə görə ayrıldıqlarını təkzib edib:
"Yox, elə bir şey ola bilər? Məsələ elə deyil. Normal münasibət idi bizimki. Yaşandı və sonra da bitdi. Bundan başqa nəsə yoxdur".
Qeyd edək ki, Afra ilə Mert hazırda "Yalı çapkını" serialında rol alır. Afra bir müddət əvvəl aktyor Mertlə 4 illik münasibətini sonlandırıb.