Dünya şöhrətli müğənni Şakira yeni mahnısında ona xəyanət edən eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikeyə söz atdıqdan sonra qarşı tərəfin də cavabı gecikməyib.
Axşam.az xəbər verir ki, Pike mahnının sözlərində "Ferrari"ni "Twingo"ya dəyişdiyi sözlərinə cavab olaraq həmin markalı avtomobillə video çəkərək paylaşıb. O, qiyməti təqribən 9,7 min dollar olan maşınla işə gedərək həmin kameraya poz verib.
Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb Pikenin ifaçıya xəyanət etməsi olub. Şakira və Pike 11 ildir ki, münasibətdə idilər. Onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.