Qalkin Kirkorovu ələ saldı - Video

Qalkin Kirkorovu ələ saldı - Video
1689 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur şoumen Maksim Qalkin ötən gün səhnədə çıxışı zamanı Xalq artisti Filipp Kirkorova söz atıb.

Axşam.az xəbər verir ki, o, həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova ilə aralarındakı yaş fərqinə toxunaraq zarafat edib.

"Kişilər həyat yoldaşının yaşlı olmasının nə qədər gözəl olduğunu anlamırlar. Alla heç vaxt "onun gəncliyini əlindən aldım" deyə, məni qınamayacaq. Bunu başqaları edib. Və onlardan bəziləri hələ də sağdır!" deyərək, gözlərini bərəldib və Kirkorova işarə etdiyini vurğulayıb.

Qeyd edək ki, Kirkorov Puqaçovanın keçmiş həyat yoldaşı olub.