Türk jurnalist Kənandan yazdı: "Biri rəzil, digəri vəzir..."

Türk jurnalist Kənandan yazdı: "Biri rəzil, digəri vəzir..."
33872 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramov ifası ilə türk mediasını zəbt edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kənan Bayramovun 2021-ci ildə Şuşada keçirilən "Xarıbülbül" festivalında səsləndirdiyi "Bayatı Şiraz" barədə jurnalist Orkun Ün də yazıb:

"Onu dinləyən opera sənətçiləri də, digər müğənnilər də səsinə heyran qalıb. Yaşından böyük səsə malikdir. Ölkəsində yaşadığı bütün ağrıları, qazandığı bütün uğurları səsinə sığdırıb. Bir bizim "İzabelya Fevzi"yə (Fevzi Kaan), bir də Kənana baxın. Gənc yaşda adından bəhs etdirəcəksənsə, Kənan kimi olmalısan. Çünki biri günün sonunda rəzil olacaq, digəri vəzir".