Dünyanın ən yaşlı insanı öldü

Dünyanın ən yaşlı insanı öldü
5541 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən yaşlı insanı olan fransalı rahibə Lusil Randon vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 118 yaşlı rahibə Tulon şəhərindəki qocalar evində yuxuda olarkən dünyasını dəyişib.

Qeyd edək ki, Lusil 1904-cü il fevralın 11-də Fransada anadan olub. O, uzun illər xəstəxanada işlədikdən sonra 41 yaşında rahibə olub. 

Qadının yaşı "Ginnesin Rekordlar Kitabı" tərəfindən təsdiqlənmişdi.