Övladının reklama çəkilməsinə qarşıdır

Övladının reklama çəkilməsinə qarşıdır
1945 dəfə oxunub
  • A-
  • A
  • A+

"Alparslan Büyük Selçuklu" serialında rol alan türkiyəli aktyor Barış Arduç sentyabrda dünyaya gələn qızı Jan Asya barədə danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor müsahibəsi zamanı qızının əvvəllər anasına, indi isə ona da bənzədiyini deyib:

"Həftənin 6 günü çəkilişdəyəm. Ağlım evdə, qızımın yanında qalır. Evdə dünya gözəli anası var. Onunla çox yaxşı maraqlanır. Mən yumaq işini heç kimə buraxmıram. Altının bezini də mən dəyişirəm, sevə-sevə edirəm. Ata olmaq kef çəkmək kimidir. Bütün əziyyəti ana çəkir".

Aktyor övladını reklamlara çəkilməsini istəmədiyini də bildirib:

"Söhbət övladımdan gedirsə, reklam, qonorar kimi şeyləri sevmirəm. Sosial proyektlərdən başqa reklamlarda çəkilməsinə qoymaram".

Qeyd edək ki, Arduç həmkarı Gupse Özayla ailəlidir.