Britaniyalı aktyor dağlarda itkin düşüb

Britaniyalı aktyor dağlarda itkin düşüb
506 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyalı aktyor Culian Sends Kaliforniya dağlarında itkin düşüb.

Axşam.az xəbər verir ki, bu barədə KABC-TV məlumat yayıb. Bildirilib ki, 65 yaşlı aktyor yanvarın 13-də başqa bir turistlə birgə düşərgəyə gedərkən itkin düşüb. Sendsinin həyat yoldaşı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Hadisə baş verən gün dağlarda hava şəraitinin pis, axtarışlar üçün hava resurslarının məhdud olduğu qeyd olunub. Polis aktyorun avtomobilinin onun yoxa çıxdığı ərazidə tapıldığını vurğulayıb.

Qeyd edək ki, “Cadugər”, “Əjdaha döyməli qız” və “Las-Veqası tərk edən” kimi filmlərdə rol alıb.