Bu gün Gürcüstanın Xalq artisti, müğənni-aktyor və rejissor Vaxtanq Kikabidzeylə Tbilisidəki Böyük konsert zalında vida mərasimi keçirilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimdən sonra sənətçi paytaxtda yerləşən Veriy qəbiristanlığında ailə üzvlərinin məzarı yanında torpağa tapşırıb.
Sənətçinin yaxınlarının qərarıyla onun tabutu Gürcüstan və Ukrayna bayraqlarıyla örtülüb.
Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Kikabidze yanvarın 15-də xəstəxanada dünyasını dəyişib.



