Reperə meduza hücum etdi - Foto

Reperə meduza hücum etdi - Foto
3318 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ciqan" ləqəbi ilə tanınan rusiyalı repçi Denis Ustmenko Vaynşteyn xəstəxanalıq olub.

Axşam.az xəbər verir ki, Dubaya istirahətə gedən repçi dənizdə çimərkən nəhəng meduzanın hədəfinə tuş gəlib. Bu barədə sənətçi sosial şəbəkədə məlumat verib.

O bildirib ki, 2 metr uzunluğunda olan bənövşəyi rəngli meduza sənətçini bel nahiyəsindən vurub. Zədələnən repçi əyilməkdə çətinlik çəkdiyi üçün xəstəxanaya gedib.