Rusiyanın Xalq artisti Çulpan Xamatova karyerasını bitirmək istəyir.
Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Технари Кремниевой Долины" adlı yutub kanalında qonaq olarkən müsahibəsi əsanasında danışıb.
O, bu addımı atmağa bir neçə səbəbinin olduğunu açıqlayıb:
“Hər dəfə səhnəyə çıxanda əllərimin titrəməyə başladığını hiss edirəm və bu an peşəmi seçdiyimə görə peşman oluram. Özümə sual verirəm: niyə özümü aktrisa kimi bəyənmirəm? Ötən gün San-Fransiskoda səhnəyə çıxarkən də nəfəs aldım, aldım və özümü lənətlədim..."
O, "İctimaiyyət qarşısında çıxış etmək qorxusu ölüm qorxusuna bənzəyirmi?” sualına isə belə cavab verib:
“Bu, sadəcə qorxudur, ya ondan qurtulacaqsan, ya da özünə bunu etiraf edəcəksən. Bəli, qorxuram. Amma indi qorxsam da, danışmağa davam edə bilərəm”.
Yaxın vaxtlarda karyerasını bitirməyi planlaşdıran Çulpan bunu həm də yaşı ilə əlaqələndirir:
“Həqiqətən, tez bir zamanda aktrisalıqdan imtina etmək istəyirəm. Aktyorluq ya böyük dahi olmaq, ya da gənclikdir. Aktyorluqda, xüsusən də kinoda gənclərin imtiyazı gücün, o cümlədən nitqin yaxşı olmasıdır. Bir tərəfdən də yaşla daha çox təcrübə gəlir və siz hər ikisi ilə necə davranacağınızı bilirsiniz. Digər tərəfdən, bunlar bir-bir sizi tərk edir. Bunun necə olduğunu başa düşmürəm: tez danışanda birdən “h” hərfi ağız boşluğundan çıxmağı dayandırır. Bunlar artıq yaşla bağlı bəzi qaçınılmaz şeylərdir".