Məşhur müğənni Britni Spirs adını dəyişib.
Axşam.az xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında yazıb. O, adını River Red olaraq dəyişdirdiyini açıqlayıb. Britni daha sonra profilinə də yeni adını da əlavə edib.
Bundan başqa, müğənni paylaşımında "indi isə çəngəlimi tapmalıyam" deyə, yazıb. Bir müddət əvvəl həyat yoldaşı Sem Askeri ilə restoranların birində mübahisə yaşayan müğənninin buna işarə etdiyi iddia olunub.