Robert Pattinson saxladığı dietalardan danışdı

Robert Pattinson saxladığı dietalardan danışdı
822 dəfə oxunub
  • A-
  • A
  • A+

"Alatoranlıq" filmi ilə məşhurlaşan Robert Pattinson "Evening Standard Magazine"ə açıqlamasında saxladığı fərqli pəhrizlərdən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi formada qalmaq üçün fərqli pəhrizlərə əl atdığını etiraf edib:

“Ağılınıza gələn hər şeyi etmişəm. Bir dəfə iki həftə qaynadılmış kartof və çəhrayı Himalay duzundan başqa heç nə yeməmişəm. Daha sonra keto pəhrizini sınadım. Özümə yalnız soyuq ət və pendir yeməyə icazə verirdim. Lakin pivədən imtina edə bilmədim və bu məni çox məyus etdi".

Pattinson bildirib ki, bunun onun üçün hansı təhlükə daşıdığını anlayır:

"Buna başlamaq inanılmaz dərəcədə asandır. Sadəcə kalori qəbulunuzu izləsəniz belə, bu, həddindən artıq asılılıq yaradır və sən bunun nə qədər pis olduğunu yalnız çox gec olanda anlayırsan”.