36 yaşlı aktyor vəfat etdi

36 yaşlı aktyor vəfat etdi
1789 dəfə oxunub
  • A-
  • A
  • A+

"Vincenzo" serialının aktyoru Na Çul 36 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bir neçə gün əvvəl vəziyyəti qəfil pisləşən cənubi koreyalı aktyor xəstəxanaya yerləşdirilib. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmasa da məhz bu səbəbdən öldüyü bildirilib.

Qeyd edək ki, Çul aktyorluq karyerasına 2010-cu ildə "Annanın gündəliyi" tamaşasında debüt edərək başlayıb. Aktyor bir çox Koreya filmlərində və seriallarında ikinci plan rollarını oynayıb. O, 2021-ci ildə "Vincenzo" adlı ekran işində "Na Deok-jin" adlı obrazı canlandıraraq məşhurlaşıb. Çul bu ilin sonunda premyerası nəzərdə tutulan “Beton utopiya” bədii filmində də çəkilib.