Ceyms Kemeron bu rekordu vuran ilk rejissor oldu

Ceyms Kemeron bu rekordu vuran ilk rejissor oldu
846 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur rejissor Ceyms Kemeron rekorda imza atıb.

Axşam.az xəbər verir ki, o, kassada 2 milyard dollardan çox gəlir əldə edən üç filmlə tarixə düşən ilk rejissor adını alıb.

Bildirilib ki, dünya kinosu tarixində hazırda kassada bu qədər böyük məbləğ toplayan cəmi 6 film var. Ən çox gəlir gətirən ekran işi hələ də 13 il əvvəl yayımlanan "Avatar"ın birinci hissəsidir. İkinci yerdə "Qisasçılar: Final", ardınca "Titanik", "Ulduz müharibələri: Gücün oyanması" və "Qisasçılar: Sonsuzluq müharibəsi" gəlir.

İlk altılıqda sonuncu yeri hazırda "Avatar: Su yolu" tutur.