"Kainat gözəli" səhnəyə 2 həftə yuyulmamış saçları ilə çıxıb

"Kainat gözəli" səhnəyə 2 həftə yuyulmamış saçları ilə çıxıb
4812 dəfə oxunub
  • A-
  • A
  • A+

71-ci "Kainat gözəli" (“Miss Universe 2022”) yarışmasının qalibi olan  filippin əsilli Amerika vətəndaşı R Bonni Qabriellə bağlı maraqlı faktlar bəlli olub.

Axşam.az xəbər verir ki, o, yarışmanın finalına qədər 2 həftə ərzində saçlarını yumayıb. Bu barədə Qabriel "The Insider"ə açıqlamasında deyib.

28 yaşlı Qabriel yarış zamanı iki gündən bir duş qəbul edib və finala iki həftə qalmış isə ümumiyyətlə saçlarını yumayıb. Belə ki, o, saçlarını lak vasitəsi ilə formada saxlamağa çalışıb.

"Saçlar nə qədər çirklidirsə, qıvrımların da bir o qədər gözəl görünmə ehtimalı çoxdur. İnsanlar bu yarışın əyləncəli olduğunu düşünürlər, çünki biz səhnədə gözəl və təravətli görünürük. Amma əslində finala çıxanda özümü çox çirkli hiss edirdim" deyə, o, açıqlamasında bildirib.