Elçin Sanqu məhkəməlik oldu

Elçin Sanqu məhkəməlik oldu
1595 dəfə oxunub
  • A-
  • A
  • A+

"Çöp adam" serialında rol alan aktrisa Elçin Sanqu məhkəməlik olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa sevgilisi Yunus Özdikenlə Beykozda yaşadığı villasını 399 min lirəyə dekorasiya etdirib. İşlərini bitirən firma 228 min lirə ödəniş edildiyini məbləğin geri qalanını isə vermədiklərini iddia edərək aktrisadan şikayətçi olub. Sanqu isə borcunun olmadığını bildirib.

Aktrisanın sevgilisi isə açıqlamasında "Onların evimizə xeyrindən çox zərəri olub. Bizi "mətbuata yayarıq" deyə, təhdid ediblər. Qoruma qərarı aldırmışıq. Etibar etməmək lazımdır. Prinsipli insanlarıq, haqqımızı qoruyuruq. Bundan əlavə də bizdə heç kimin pulu qalmaz" deyə, söyləyib.