"Yalı çapkını" final edə bilər

"Yalı çapkını" final edə bilər
4719 dəfə oxunub
  • A-
  • A
  • A+

Son vaxtlar reytinqlərdə ilk sıralarda yer alan "Yalı çapkını" serialı ilə bağlı tənqidlər artmaqda davam edir.

Axşam.az xəbər verir ki, ekran işində yer alan bəzi səhnələrdən narazı olanlar arasında layihənin ssenarisinin götürüldüyü kitabın müəllifi, psixoloq Gülsərən Budayıcıoğlu da var. Hətta o, serialla bağlı final qərarının verilməsi üçün artıq kanal rəhbərliyi ilə də görüşüb.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, aktyor heyətinin də mövcud vəziyyətdən şikayətçi olduğu diqqət çəkir.

Məsələni işıqlandıran paylaşımlardan birinə layihədə rol alan aktrisa Afra Saraçoğlunun bəyənmə qoyması gündəm olub. Bir müddət əvvəl isə digər baş rol ifaçısı aktyor Mert Ramazanın serialda eyni vaxtda bir neçə xanımla münasibət yaşaması səbəbindən ekran işindən ayrılmaq istədiyi iddia olunub.