"Lamborghini"si olmayan kişiləri "bacarıqsız" adlandırdı

"Lamborghini"si olmayan kişiləri "bacarıqsız" adlandırdı
1196 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı yutuber Sebastiyan Georgiunun son açıqlaması müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, yutuber 20 yaşında olan istənilən kişi üçün "Lamborghini" almağın çox asan olduğunu iddia edib. Əks halda həmin şəxslərin bacarıqsız olduğunu vurğulayıb.

O, bu barədə sosial media hesabında paylaşım edib:

“Əgər bir kişinin 20 yaşı varsa və "Lamborghini"si yoxdursa, oturub niyə olmadığını özü ilə ciddi müzakirə etməlidir. İndi başa düşürəm ki, bu, inanılmaz dərəcədə asandır.

İndi süni intellekt alətləri ilə əvvəllər mümkün olmayan şeyləri edə bilərsiniz".

Mübahisələrə səbəb olan videoya tviterdə qısa müddət ərzində 2 milyon baxış gəlib və izləyicilərin çoxu bunu birmənalı qarşılamayıb.

Sebastian müxtəlif layihələrdən altı il ərzində 8 milyon dollar qazandığını iddia edib.