9 qəpiklik təzminatla bağlı qərar

9 qəpiklik təzminatla bağlı qərar
929 dəfə oxunub
  • A-
  • A
  • A+

Məhkəmə "Show TV"də yayımdan qaldırılan "Benzemez kimse bize" proqramının aparıcılarının şikayəti ilə bağlı qərar verib.

Axşam.az xəbər verir ki, məhkəmə fikir ayrılığı səbəbindən bir-birindən təzminat tələb edən aparıcılar Mustafa Kəsərlə Bülənt Ersoyun şikayətlərinə haqq qazandırıb.

Nəticədə tərəflərin bir-birinə 1 lirə ( 9 qəpik) mənəvi təzminat ödəməsi haqda qərar qəbul olunub.

Qeyd edək ki, proqram bağlandıqdan sonra Keser bunu Büləntin yersiz kaprizləri ilə əlaqələndirib və onu məhkəməyə verib. Bülənt isə ona qarşı işlədilən ifadələrə görə travma yaşadığını, kədərləndiyini və cəmiyyət qarşısında nüfuzunun sarsıldığını bildirərək eyni addımı atıb.