Dünyaca məşhur 28 yaşlı müğənni Castin Biber mahnılarının müəllif hüquqlarını “Hipgnosis Songs Capital” şirkətinə satıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kanadalı ifaçı bunun müqabilində 200 milyon dollar qazanıb.
Müqaviləyə əsasən, Biber 2021-ci il 31 dekabr tarixinədək ifa etdiyi bütün mahnıları xalqa açıq məkanlarda səsləndirdiyi zaman şirkətə pul ödəməli olacaq.
Qeyd edək ki, ötən il müğənnilər Castin Timberleyk, Nelli Furtado, Nil Rodcers, Nil Yanq, Kenni Çesni mahnılarının müəllif hüquqlarını həmin şirkətə satmışdılar.