Düz qarına sahib olmaq üçün bunları yeyin

Düz qarına sahib olmaq üçün bunları yeyin
5960 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər bir xanım düz qarına sahib olmaq istəyir. Bu isə pəhriz zamanı ən gec nail olunan prosesdir. Bunun üçün pəhrizlə yanaşı, idman da mütləqdir. Ən çox da 30 yaşdan sonrakı qadınlarda qarın piyləri gec əriyir. 

Axşam.az xəbər verir ki, dietoloqlar əməliyyatsız da gözəl görünməyin çarəsini tapıblar. Qarın piylərini əridəcək vasitələr təqdim edirik:

Qarın piylərini yox edən ərzaqlar:
• Fındıq, günəbaxan tumu, paxlalı bitkilər
• Çiy tərəvəzlər
• Süd məhsulları
• Yumurta
• Toyuq əti
• Püstə, zeytun yağı
• Qarağat

Rasiondan uzaqlaşdırılmalı:
• Duza və şəkərə batırılmış çərəzləri
• Qızardılmış tərəvəzləri
• Hazır sıyıq və şorba məmulatlarını
• Cem, bal, şəkər və mürəbbəni
• Hisə verilmiş ət məhsullarını
• Konservləri
• Şokoladı
• Alkoqolu
• Qazlı və rəngli şirələri

Daha çox istifadə olunmalı:
• Südsüz, sadə kofe
• Yaşıl və qara çay
• Ot dəmləmələri
• Həftədə heç olmasa bir gün alma və ya qatıq günü elan etmək mütləqdir.

İdman:
Hər gün rəqs etmək, üzmək və qaçmaq qarın əritmək üçün ən effektli idman növüdür. Dərindən nəfəs almaqla qarını yox etmək mümkündür.