Ahmet Kural sevgilisindən ayrıldı

Ahmet Kural sevgilisindən ayrıldı
708 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Ahmet Kural 4 ildir eşq yaşadığı vəkil sevgilisi Çağla Gizem Çeliklə ayrılıb.

Axşam.az xəbər verir ki, bu barədə cütlük məlumat yayıb. İkili hansı səbəbdən ayrıldıqlarını açıqlamasalar da aralarında hər hansı gərginlik olmadığını bildiriblər.

Xatırladaq ki, Ahmetlə Çağla ötən ilin yayında evlənməyə hazırlaşsa da toy baş tutmamışdı.

Qeyd edək ki, Ahmetə keçmiş müğənni sevgilisi Sılaya şiddət göstərməsi səbəb ilə həbs cəzası verilib. Aktyor sonuncu dəfə "Bir Zamanlar Kıbrıs/Kıbrıs: Zafere doğru" serialında baş rollardan birini ifa edib.