İlk nəvələri dünyaya gəldi - Foto

İlk nəvələri dünyaya gəldi - Foto
1059 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor Alek Bolduin baba olub.

Axşam.az xəbər verir ki, aktyorun ilk həyat yoldaşı, aktrisa Kimila Ann Beysinqerdən olan 27 yaşlı qızı Ayrlendın övladı dünyaya gəlib.

Musiqiçi Andre Allen Anjosla sevgili olan Ayrlend qızına Holland adı qoyduqlarını açıqlayıb.

Xatırladaq ki, hazırda Hilariya ilə evli olan Alekin ümumilikdə 8 övladı var.

Qeyd edək ki, Alekin 2021-ci il oktyabrın 21-də ABŞ-da "Rust" filminin çəkilişi zamanı ssenari əsasında açdığı atəşlərdən biri quruluşçu rejissor Qalina Xatçinsin ölümünə, digəri isə filmin rejissoru Coel Souzun yaralanmasına səbəb olmuşdu.